Transgender qadın ən varlı amerikalı oldu

Transgender qadın ən varlı amerikalı oldu
  26 Sentyabr 2013    Oxunub:1171
Cennifer Prisker ABŞ-da ilk transseksual milyarder olub.
Forbes jurnalının təşkil etdiyi ən varlı amerikalıların siyahısında transgender qadın 400-cü yerdə dayanıb. Ən varlı amerikalıların siyahısında 48 qadın yer alıb. Onlardan biri əvvəllər Ceyms kimi tanınan 62 yaşlı Cennifer Natalya Priskerdir.

2007-ci ildə Prisker ailəsi 4,5 milyard dollara Berkshire Hathaway fondunun Marmon Holdings sənaye kompleksini milyarder Vorren Baffetə satıb. Ailə Hyatt Hotels mehmanxana şəbəkəsinin sahibidir. Cennifer Priskerin sərvəti 1,7 milyard qiymətləndirilib.

2013-cü ilin avqustunda Prisker ailəsinin investisiya işləri ilə məşğul olan Tawani Enterprises şirkətinin nümayəndəsi bildirib ki, Prisker cinsiyyətini dəyişmək istəyir. Şirkət nümayəndəsinin sözlərinə görə, Cennifer özünü istər biznesdə, istərsə də şəxsi həyatda qadın kimi təqdim edir.

Ceyms Prisker podpolkovnik olub və 11 il hərbi xidmət keçib. 16 il ABŞ milli qvardiyasında xidmət edib. Bu il Cennifer hərbi xidmətdə transgenderliyi ilə bağlı layihəyə 1,35 milyon dollar xərcləyib. Amerika ordusunda transgenderlərin xidmət keçməsi qadağandır.

AzVision.az


Teqlər:





Xəbər lenti