Afinada kütləvi iğtişaşlar

Afinada kütləvi iğtişaşlar
  26 Sentyabr 2013    Oxunub:1188
Yunanıstanın paytaxtında kütləvi antifaşist mitinqi keçirilir. Bütün yollar və metro bağlanıb. 15- nəfər həbs edilib.
AzVision.az RiaNovostiyə istinadən xəbər verir ki, Afinanın mərkəzində antifaşıst mitinqi kütləvi iğtişaşlarla bitdi.

Qarşıdurma etirazçıların sağçı partiya olan “Qızıl Şəfəq”-in binasına daxil olmaq istəməsi ilə başlanır. Sağçıların üzvləri antivaşist olan Pavlos Fisasın öldürülməsində şübhəlidirlər. Yunanıstan höküməti və müxalifət sui-qəsdi qınayıb. Xəbərə görə anti- faşist nümayişləri ölkənin bir çox şəhərlərində keçirilir.

Nümayiş nəticəsində Afinanın mərkəzində bütün yollar və metro bağlanıb. Polis və anarxistlər arasında qarşıdurmalar polisin gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etməsinə səbəb olub. 15 nəfər tutulub.

Bu arada nümayişlər dövlət məmurları və yerli özünüidarəetmə orqan işçilərinin 2 günlük tətilinin son günü başlayıb. Yerli mətbuatın xəbərinə görə nümayişdə 10 mindən çox adam “faşizmə Son”, “faşistləri hakimiyyətə buraxmayın”, “neofaşistlər rədd olun” şüarları altında iştrak edib. Hazırda parlament binasının qabağında min nəfərin qalması deyilir.

Qeyd edək ki, hakimiyyət antifaşistin ölümün boynuna alan “Qızıl Şəfəq”in üzvü Yorqus Rupokiası Afina ətrafındakı ağır cinayətlər həbsxanasına keçirtməkdən imtina edib. Beləki, həmin həbsxanannın məhbusları cinayətkarları öz “məhkəmələrində” cəzalandıracaqlarını bildiriblər. Şübhəli Afinadan 100 kilometr aralıqda olan həbsxanaya göndərilib.


Teqlər:  





Xəbər lenti