ABŞ silaha əl atır

ABŞ silaha əl atır
  25 Sentyabr 2013    Oxunub:1091
Obama- ABŞ maraqlarının qorunması üçün hərbi gücdən istifadə etməyə hazırdır
ABŞ Suriyada münaqişədən zərər çəkənlərə humanitar yardımın göstərilməsi üçün əlavə olaraq 340 mln. dollar vəsait ayırıb.


Azvision.az “RİA Novosti”yə istinadən xəbərə verir ki,, bunu ABŞ prezidenti Barak Obama BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı bildirib.

“Suriyaya humanitar yardım üçün ayrılmış bir milyard dollar vəsaitə biz əlavə 340 mln. dollar ayırdıq”, deyə Obama bildirib.

Bundan əlavə prezident Barak Obama qeyd edib ki, ABŞ Yaxın Şərq və Şimali Afrikada öz maraqlarının qorunması üçün hərbi gücdən istifadə etməyə hazırdır. “Bölgədə bizim əsas maraqlarımızın təmin olunması üçün ABŞ hərbi güc də daxil olmaqla imkanlarımızın bütün elementlərindən istifadə etməyə hazırdır”, deyə Obama BMT Baş Assambleyasında çıxışı zamanı qeyd edib.


Teqlər:





Xəbər lenti