İmam seriallarla bağlı fətva verdi

İmam seriallarla bağlı  fətva verdi
  24 Sentyabr 2013    Oxunub:1188
Küveytdən olan tanınmış imam Mübarək əl-Bathali yeni fətva verib. Fətvaya görə, seriallarda və filmlərdə aktyorlar tərəfindən canlandırılan toy mərasimləri gerçək sayılmalıdır.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Bathali fətvasında gəlin rolunu ifa edən ailəli aktrisaların böyük günah işlədiyini vurğulayıb. İmamın fikrincə, məhz buna görə həmin aktrisaların həyat yoldaşları bu rollara həqiqi xəyanət kimi qiymət verməlidirlər.

Ərəb mətbuatının yazdığına görə, fətva Küveyt şou-biznes nümayəndələri arasında kəskin narazılığa səbəb olub. Aktyorlar və ssenari müəllifləri qərarı absurd hesab edib və bildiriblər ki, əgər çəkiliş meydançasında oynanılan toy səhnəsi real qəbul olunursa, o zaman səhnədə rəqibini öldürən aktyor da məhkəmə qarşısında cavab verməlidir.



Teqlər:





Xəbər lenti