Bolqarıstan Türkiyə ilə sərhədləri bağlayır

Bolqarıstan Türkiyə ilə sərhədləri bağlayır
  24 Sentyabr 2013    Oxunub:1330
Səbəb Türkiyədən gələn Suriya qaçqınlarının axınıdır
Bolqarıstanın “Novinite” xəbər agentliyinin məlumatına görə, ölkənin müdafiə naziri Angel Naydenov bildirib ki, rəsmi Sofiya Türkiyə ilə sərhədini bağlaya bilər.

Buna səbəb Türkiyə ərazisi ilə Suriyadan Bolqarıstana gələn mühacirlərin sayının artması, onların bəzilərinin Bolqarıstanda qalması, bəzilərinin isə Avropanın digər ölkələrinə üz tutmasıdır. Nazir vurğulayıb ki, sərhəddə hətta çəpər çəkmək nəzərdə tutulub.

Məlumatda bildirilir ki, Suriyada münaqişə başlayandan bəri Bolqarıstana dörd min mühacir gəlib.

Bolqarıstanın daha min mühaciri qəbul etmək imkanı olsa da, onların sayının həddindən çox artması ölkəni radikal addımlar atmağa vadar edir.


Teqlər:  





Xəbər lenti