Merkel qalib oldu

Merkel qalib oldu
  23 Sentyabr 2013    Oxunub:1372
Xristian Demokratik İttifaqı Partiyası parlament seçkisində 41,5% səs toplayıb
Almaniya kansleri Angela Merkelin rəhbərlik etdiyi iqtidarda olan Xristian Demokratik İttifaqı Partiyası (XDP) parlament seçkisində qalib gəlib.

Almaniya bundestaqına seçkidə Merkelin partiya 41,5% səs toplayıb.

Bu nəticə Şərqi və Qərbi Almaniyanın birləşməsindən sonra ən yüksək göstəricidir.

Lakin bu səslər XDP-yə parlamenti təkbaşına iqtidar üçün kifayət etmir. Hökuməti formalaşdırmaq üçün Merkel digər güclərlə koalisiyaya girməli olacaq.

Merkelin əsas rəqibi olan Sosial-Demokrat Partiyası (SDP) isə seçicilərin 25,7 fazinin səsini qazana bilib. Bu partiyadan kansler postu uğrunda Peer Ştaynbryuk mübarizə aparıb.


Teqlər:  





Xəbər lenti