Tacikistanda prezident seçkisi keçiriləcək

Tacikistanda prezident seçkisi keçiriləcək
  23 Sentyabr 2013    Oxunub:1028
Tacikistanın gənclər hərəkatı ölkə prezidenti Emomali Rahmonı üçüncü müddətə də prezidentliyə namizəd kimi təqdim ediblər.

2012-ci il London Olimpiadasında boks üzrə bürünc medal qazanan idmançı Mavzuna Chorieva bildirib ki, Tacikistan Gənclər Birliyinin prezidentliyə namizədi Emomali Rahmondur.

Rahmonun namizədliyini ilk olaraq onlar irəli sürüb.

Tacikistanda noyabrın 6-da prezident seçkisi keçiriləcək.

Rahmon 1992-ci ildən ölkəyə rəhbərlik edir.

AzVision.az


Teqlər:





Xəbər lenti