Çində qasırğa xəbərdarlığı edilib

Çində qasırğa xəbərdarlığı edilib
  22 Sentyabr 2013    Oxunub:1079
Cənubi Asiyada başlayan “Usagi” qasırğası Çinin cənub və şərq bölgələrinə çatıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna görə ölkədə xəbərdarlıq elan olunub. Sakit okeandan gələn qasırğaya görə Çinin sahil bölgəsində yaşayan əhalinin bir qismi köçülürüb.

“Usagi”nin sabah Çinin İnci çayının deltasına çatacağı gözlənilr.
Qasırğanın ölkəyə güclü külək və yağış gətirəcəyi gözlənilir.
Ölkənin cənudundakı Quandonq əyalətində 44 min balıqçıya limana dönməklə bağlı çağırış edilib.

Fatimə


Teqlər:





Xəbər lenti