Hakerlər Britaniya bankını soydular

Hakerlər Britaniya bankını soydular
  20 Sentyabr 2013    Oxunub:1082
Hakerlər qrupu Britaniya bankından 1,3 milyon funt oğurlayıblar.
AzVision.az The Telegraph-a istinadən xəbər verir ki, hakerlər Britaniyanın Barclays Bankının filialına hücum ediblər. Polis oğurluğa görə səkkiz nəfəri saxlayıb.

Dəstə üzvlərindən biri banka daxil olaraq özünü IT mühəndis kimi təqdim edib və kompüteri təmir etməyə başlayıb. Sonra o, uzaq məsafədən bankdan pul köçürmək üçün kompüterə qurğu yerləşdirib. Hazırda şübhəli şəxslər sorğu-sual edilir.

AzVision.az


Teqlər:





Xəbər lenti