Metroda öpüşmək qadağan olundu

Metroda öpüşmək qadağan olundu
  20 Sentyabr 2013    Oxunub:1073
Avstriyanın paytaxtı Vyana metrosunda öpüşməyə qadağa qoyulub.
AzVision.az Pink News-a istinadən xəbər verir ki, Vyana metrosunda öpüşməklə yanaşı, ucadan danışmaq və kəskin qoxulu yeməklər yemək qadağan olunub.

Belə ki, qatarları idarə edən Wiener Linien şirkətinə qatarda öpüşməklə bağlı çoxlu sayda şikayət daxil olub. Sərnişinlərin rəyini nəzərə alan şirkət tədbir görüb. Bundan sonra metroda öpüşən şəxslər 50 avro cərimə ödəyəcəklər. Bundan başqa, öpüşən, kəskin qoxulu yemək yeyən və ya uca səslə telefonla danışan şəxslər xüsusi təyin olunmuş şeriflər tərəfindən metrodan kənarlaşdırılacaqlar.

AzVision.az


Teqlər:





Xəbər lenti