Ərdoğana qarşı sui-qəsd hazırlandı

Ərdoğana qarşı sui-qəsd hazırlandı
  19 Sentyabr 2013    Oxunub:1117
Türkiyənin baş naziri Rəcəb Tayyib Erdoğana qarşı hazırlanan sui-qəsd son anda baş tutmayıb.
Türkiyə mənbələrinin məlumatına görə, sui-qəsd Ərdoğanın Reyhanlı ziyarəti zamanı həyata keçirilməli idi. 15 nəfərlik dəstə tərəfindən hazırlanan planın hansı səbəbdən baş tutmadığı dəqiq məlum deyil. İddia edilir ki, sui-qəsdin son anda baş tutmamasına qrup üzvləri arasında fikir ayrılığı səbəb olub.

Bununla belə, dəstə üzvləri sui-qəsdi həyata keçirmək üçün uyğun zamanı gözləyib. Qeyd edək ki, baş nazir Reyhanlıya Hataydakı qətliamla bağlı başsağlığı verməyə getmişdi.

S.Həsənova


Teqlər:  





Xəbər lenti