London xəstəxanalarında niqab qadağan olundu

London xəstəxanalarında niqab qadağan olundu
  19 Sentyabr 2013    Oxunub:1333
Londonun 17 xəstəxanasında tibb işçilərinə n iqab taxmaq qadağan olunub.
AzVision.az The Telegraph-a istinadən xəbər verir ki, dövlət xəstəxanalarının rəhbərliyi tibb işçilərinin xəstələrlə birbaşa təmasda olması üçün bu addımı atıb. Həmin qadağaların şamil edildiyi xəstəxanaların əksəriyyəti müsəlmanların daha çox məskunlaşdığı regionlarda yerləşir.

Britaniya hökuməti səhiyyə işçilərinin geyimlərinə yenidən baxılması üçün əmr edib. Nazirlər təklif ediblər ki, xəstələrlə tibb işçilərinin birbaşa ünsiyyətini təmin etmək üçün qaydalar hazırlanmalıdır. Təklifə görə simanı tamamilə örtən niqab aradan qaldırılmalıdır. Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Devid Kemeron dövlət sektorlarında işləyənlərin üzünün bağlı olmaması üçün göstəriş vermişdi.

AzVision.az



Teqlər:  





Xəbər lenti