Yunanıstanda tətillər davam edir

Yunanıstanda tətillər davam edir
  17 Sentyabr 2013    Oxunub:1223
İqtisadi böhran burulğanında çabalayan Yunanıstanda tətillər adi hala çevrilib.
Hökumətin yaxın günlərdə daha 12 500 iş yerini bağlayacağı barədə xəbərlər bu dəfə müəllimləri küçə və meydanlara axışmağa vadar edib. Ölkənin ən böyük həmkarlar təşkilatlarının çağrışı ilə aksiyalara başlayan müəllimlər, hökuməti geri çəkilməyə çağırıb. Onlar bəyan edib ki, iş yerlərinin bağlanmasını nəzərdə tutan qanun layihəsi qəbul edilərsə, mitinqlər uzunmüddətli olacaq.

Hələlik isə aksiyaların azı 5 gün davam edəcəyi bildirilir. Qeyd edək ki, bu ölkədə işsizliyin səviyyəsi 27 faizdir. İşsiz qalanlar əsasən ölkənin 25-35 yaş həddində olan əhalisidir. Yunanlar hesab edir ki, bütün bəlaların səbəkarı Beynəlxalq Valyuta Fondudur. Onlar iddia edir ki, Fond Afinanı xammal bazasına çevirməyə çalışır.


Teqlər:





Xəbər lenti