Kasıblıq erməniləri oğurluğa məcbur edir

Kasıblıq erməniləri oğurluğa məcbur edir
  17 Sentyabr 2013    Oxunub:1346
Bu ölkədə sosial-iqtisadi vəziyyətin acınacaqlı səviyyədə olduğunu sübut edir.
Son illərin tendensiyası Ermənistanda cinayətkarlığın sürətlə artdığını göstərir. Belə ki, bu ilin yanvar-iyul ayları ərzində qeydə alınan qanun pozuntularının sayı ötən ilin eyni dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə (11%) artıb.

Oğurluq, başqasının əmlakını mənimsəmə halları 35% (680 hal) çoxalıb. Bu isə ümumi göstəricinin 1/3-dən də çoxdur. Məsələn, 2005-ci illə müqayisədə 2013-cü ildə cinayət halları 2 dəfə artıb. Təbii ki, cinayət hallarının belə kəskin şəkildə artması ölkədə sosial-iqtisadi vəziyyətin heç də yaxşı olmadığına dəlalət edir.

Bununla yanaşı, ölkədə yoxsulluğun səviyyəsinin artması və cəmiyyətdə qütbləşmə cinayətlərin sayının daha da artmasına səbəb olur. Əlbəttə ki, cinayətkarların və onları əhatəsindəki insanların psixoloji durumu da bu məsələdə xüsusi rol oynayır.

Qeyd edək ki, Ermənistanda başqasının əmlakını zorla mənimsəmə üzrə cinayətlərin pik həddi 2009-cu ildə qeydə alınıb- təkcə yanvar ayında 101 cinayət hadisəsi.

İnsan sağlamlığına zərbə yetirməklə oğurluq halları da Ermənistanda artan cinayətlər siyahısındadır. Cari ilin yanvar –iyul aylarında 2674 belə hal qeydə alınıb ki, bu da ötən illə müqayisədə 2 dəfə çoxdur. Nəzərə almaq lazımdır ki, bu artıq pik həddir. Son zamanlar Ermənistanda müxtəlif yerlərdə, küçədə və ya nəqliyyatda boş pul kisəsi tapmaq adi hala çevrilib. Heç kim də polisə şikayət etmək istəmir. Çünki vətəndaşlar bunun heç bir əhəmiyyəti olmayacağını düşünürlər.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti