Obama ilə Ruhani məktublaşdı

Obama ilə Ruhani məktublaşdı
  16 Sentyabr 2013    Oxunub:1314
ABŞ prezidenti Barak Obama İranın yeni prezidenti Həsən Ruhani ilə məktublaşıb.
AzVision.az xəbər verir ki, liderlər Suriyadakı vəziyyəti müzakirə ediblər. Barak Obama bildirib ki, hərbi müdaxilə diplomatiyası İranın nüvə ambisiyaları barədə Tehranla danışıqlarda modeldir.

Amerikanın ABC telekanalına müsahibəsində Obama vurğulayıb ki, İran hesab etməsin ki, əgər Suriyaya hərbi zərbə edilməyibsə, ABŞ oxşar tərzdə nüvə proqramına görə İrana hərbi zərbə ilə cavab verməyəcək. ABŞ prezidentinin sözlərinə görə, İran rəhbərliyi anlayır ki, ABŞ-ı Suriyanın kimyəvi silah məsələsindən çox İranın nüvə silahı narahat edir. İran iddia edir ki, onun nüvə proqramı yalnız dinc xarakter daşıyır.

AzVision.az


Teqlər:





Xəbər lenti