Venesuela prezidenti velosipeddən yıxıldı – VİDEO

Venesuela prezidenti velosipeddən yıxıldı – VİDEO
  16 Sentyabr 2013    Oxunub:1021
Venesuela prezidenti Nikolas Maduro velosipeddən yıxılıb.
AzVision.az xəbər verir ki, istirahət günü velosipedlə gəzintiyə çıxan Maduronu xanımı və Karakasın rayonlarından birinin başçısı Xorxe Rodriqes müşayiət edirmiş.

“Mən Xorxe ilə söhbət edərək velosiped sürürdüm, qəflətən biz toqquşduq və yıxıldıq, sonra gülüşdən özümüzü güclə saxlayaraq birtəhər ayağa qalxdıq” – Maduro bildirib.

Maduro ilə birlikdə bir neçə velosipedçi də yıxılıb. Ancaq onların zədə alıb-almaması barədə məlumat yoxdur.



AzVision.az


Teqlər:  





Xəbər lenti