İnformasiya müharibəsində Bəşər Əsəd niyə qalib gəldi?

İnformasiya müharibəsində Bəşər Əsəd niyə qalib gəldi?
  14 Sentyabr 2013    Oxunub:1341
Bəşər Əsəd Səddam Hüseyn və ya Müəmmar Qəddafi kimi digər diktatorlardan fərqli olaraq piardan çox yaxşı anlayır.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Suriyada qan tökülməsinin qarşısını almaq üçün ölkəyə hərbi zərbə endirməyə hazırlaşan dövlətlər gözlənilmədən daha təhlükəli silahla - Bəşər Əsədin sınanmış piar-strategiyası ilə qarşılaşdılar. Qanlı qatillər reputasiyasına malik Səddam Hüseyn və polkovnik Qəddafi ilə Əsəd arasında fərq böyükdür. Belə ki, xarici görünüşünə görə heç də diktatora bənzəməyən Bəşər Əsədlə vəziyyət tamam başqa cürdür. Onun xalqını qurban etməyə və insafsızcasına silah tətbiq etməyə hazır olduğu heç də inandırıcı görünmür.

Əsəd Amerikaya müraciət etməyə qərar verir və CBS kanalının məşhur aparıcısı Çarli Rouzu seçir. Sentyabrın 9-da Suriya prezidenti avqustun 21-də kimyəvi silah hücumu ilə bağlı ittihamı qəti surətdə təkzib edir. O, 11 sentyabr hadisələrinə görə Amerika xalqı ilə həmrəy olduğunu bildirir. Sentyabrın 2-də Suriya lideri fransız mətbuatına eksklüziv müsahibə verib. “Fransa xalqının nümayəndələri ekstremizm və terrorizmi dəstəkləyəcəkmi? Fransız deputatlar Fransada günahsız insanları öldürənlərin tərəfində dayanacaqlar?” – Əsəd le Figaro qəzetinə müsahibəsində söyləyib.

Suriya liderinin imicinin üzərində kimin işlədiyi məlum deyil. Amma onlar Barak Obama və Fransua Ollandın piarçılarına dərs verə bilərlər. Çünki onların Bəşər Əsəd və müttəfiqi Vladimir Putinə çatmaqlarına hələ çox var.

AzVision.az


Teqlər:  





Xəbər lenti