Rusiya Ermənistanın ümidlərini puç etdi

Rusiya Ermənistanın ümidlərini puç etdi
  13 Sentyabr 2013    Oxunub:1217
Moskva Yerevanın borclarını silmək niyyətində deyil.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Rusiya Ermənistana hələ 2009-cu ildə verdiyi 500 milyon dollar həcmində olan kredit borcunu bağışlamayacaq.

Ermənistan hökuməti isə ümid edirdi ki, ölkəsi Gömrük İttifaqına qoşulandan sonra Rusiya “mərhəmət” göstərib onun borcunu bağışlayacaq. `Lakin Ermənistanın ümidləri puça çıxdı. Rusiya tərəfi belə fikirdə olmadığını göstərdi`-deyə Ermənistanın `Aykakan Jamanak`qəzeti yazır.

Qeyd edək ki, Ermənistan sözügedən krediti Rusiya ilə uzun sürən və çətin danışıqlardan sonra ala bildi. Bununla yanaşı kredit illik 4% olmaqla kifayət qədər ağır şərtlərlə verilib.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti