Erməni ekspert: `Serj Sarkisyan AB-yə qapıları bağladı`

Erməni ekspert: `Serj Sarkisyan AB-yə qapıları bağladı`
  13 Sentyabr 2013    Oxunub:1274
`Gömrük İttifaqına (Gİ) daxil olduğunu bildirən Ermənistan prezidenti Serj Sarkisyan Avropa Birliyinə (AB) qapıları bağlayıb`.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Regional Tədqiqatlar Mərkəzinin rəhbəri Riçard Kirakosyan bu gün “Ermənistanda yeni seçki: İqtisadi və siyasi gələcəyin ssenariləri” mövzusunda müzakirələr zamanı söyləyib.

R.Kirakosyanın sözlərinə görə, əgər Gİ-yə daxil olmaqla bağlı qərar Rusiyanın təzyiqi altında qəbul edilibsə, onda bu ciddi problemlər yaradacaq.

“Əgər bu qərar təzyiq nəticəsində qəbul edilməyibsə, onda sual ortaya çıxır - niyə Serj Sarkisyan Avropa assosiasiyası məsələsində belə tez təslim oldu?” - ekspert vurğulayıb.

O həmçinin faktla göstərib ki, Ermənistan hökuməti belə inkişafa hazır deyil. Ekspert hesab edir ki, Avropa Birliyi bu barədə məlumatlandırılmayıb və demək olar ki aldadılıb. Buna görə də, Avropa Birliyi Ermənistana başqa gözlə - qeyri-səmimi və səriştəsiz ölkə kimi baxacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti