Əsəd kimyəvi silahları nəzarətə verəcək

Əsəd kimyəvi silahları nəzarətə verəcək
  13 Sentyabr 2013    Oxunub:1007
Suriya prezidenti Bəşər Əsəd Rusiya televiziyası vasitəsilə ölkəsinin kimyəvi silahlarını beynəlxalq nəzarətə verəcəyini bildirib.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, Əsəd kimyəvi silah arsenalını beynəlxalq nəzarətdə yerləşdirməklə bağlı ABŞ-ın planını Rossiya 24 telekanalına təsdiq edib. Suriya prezidenti bildirib ki, o, bu addımı ABŞ-ın hərbi müdaxiləsindən qorxduğu üçün deyil, Rusiyanın təşəbbüsü ilə atıb.

Qeyd edək ki, ABŞ Suriya rejimini yüzlərlə günahsız insanın kimyəvi silahla öldürməkdə ittiham edir. Suriya hökuməti isə avqustun 21-də Dəməşqdə kimyəvi silah vasitəsilə törədilən hadisələrlə bağlı ittihamları təkzib edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti