Misirdə etirazlar davam edir

Misirdə etirazlar davam edir
  13 Sentyabr 2013    Oxunub:1253
Misirdə hərbiçilər tərəfindən devrilən prezident Məhəmməd Mürsi tərəfdarları yenidən küçələrə çıxıb.
Ölkənin müxtəlif şəhərlərində Məhəmməd Mürsi tərəfdarlarının təşkil etdiyi mitinqlərə 100 minlərlə insan qatılıb. Polislə qarşıdurma yaşanmadan baş tutan aksiyalarda müvəqqəti hökumət əleyhinə şüarlar səsləndirilib.

Müvəqqəti hökumət isə daha 12 "Müsəlman qardaşları" təşkilatının üzvünü həbs etdiyini bəyan edib. Bununla belə günahı sübuta yetirilmədiyi üçün təşkilatın liderlərindən biri azadlığa buraxılıb. Bu arada Sinay yarımadasında vəziyyət yenidən gərginləşib.

Rəfah sərhəd-keçid məntəqəsində kəşviyyat idarəsinə kamikadzenin hücumu zamanı 11 əsgər həlak olub, 17 hərbiçi isə yaralanıb. Partlayışa görə məsuliyyəti heç bir təşkilat üzərinə götürməsə də, hakim dairələr terror aktında HƏMAS-ın əlinin olduğunu düşünür.


Teqlər:  





Xəbər lenti