Amurun səviyyəsi 902 sm-ə çatıb

Amurun səviyyəsi 902 sm-ə çatıb
  12 Sentyabr 2013    Oxunub:1178
Təbii fəlakət qurbanlarının sayı 100 min nəfərə çatıb.
Sentyabrın 11-də Amurda suyun səviyyəsi 902 sm-ə çatıb. Son iki gündə suyun səviyyəsi yeddi santimetr artıb. 13-15 sentyabr tarixlərində suyun səviyyəsinin 920-940 sm-ə yüksələcəyi gözlənilir.

Qubernatorun mətbuat xidmətindən verilən məlumata görə daşqın sahəsində 810 yaşayış evi var. Evlərdə nə qədər adam yaşadığı haqqda isə məlumat verilmir. Şəhərdə təxliyə üçün hazırlıqlar gedir, könüllü tələbələrin əhalini xilas e etmək üçün birlikləri yaradılır.
Ümumilikdə təxliyyə məntəqələri uç min nəfər üçün nəzərdə tutulub.Hələlik 800 nəfərdən çox əhali yerləşdirilib.

Xabarovskda isə suyun səviyyəsi 12 sm düşərək, 741 sm-ə çatıb.

İyul ayında başlayan, regionda ən güclü hesab olunan daşqın nəticəsində Uzaq Şərqin bir neçə şəhərində fövqəladə vəziyyət elan olunub. Sentybrın 10-na olan məlumatlara görə təbii fəlakət qurbanlarının sayı 100 min nəfərə çatıb.

S.Həsənova


Teqlər:





Xəbər lenti