Deputat parlamentdə atəş açdı - VİDEO

Deputat parlamentdə atəş açdı - VİDEO
  11 Sentyabr 2013    Oxunub:1250
Bu hal ölkənin və parlamentin imicinə zərbədir
Ötən gün İordaniya parlamentinin növbəti iclası yarımçıq qalıb. Buna səbəb, deputat Talal Əl-Şərifin kalaşnikov markalı avtomatından açdığı atəş olub.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, deputat Şərif həmkarı ilə mübahisəsini silah yolu ilə həll etmək istəyib. Ancaq, mühafizəçilərin müdaxiləsindən sonra güllə tavana dəyib. Hadisə nəticəsində zərərçəkən olmayıb.

Mübahisənin səbəbi məlum olmasa da, çoxları bunu siyasi qarşıdurma kimi dəyərləndirib.

Həmkarları, Talal Əl-Şərifin hərəkətini kəskin pisləyib, bunu ölkənin və parlamentin imicinə zərbə kimi qiymətləndirib.



Mirvari


Teqlər:  





Xəbər lenti