Moskvada bir qrup azərbaycanlı həbs olundu

Moskvada bir qrup azərbaycanlı həbs olundu
  11 Sentyabr 2013    Oxunub:1271
Rusiyanın paytaxtı Moskvada cinayət törətməkdə şübhəli bilinən bir qup azərbaycanlı həbs olunub.
Saxlanılanlar arasında kriminal mühitdə Rafo Gəncinski ləqəbi ilə tanınan 33 yaşlı qanuni-oğru da var. Rusiya daxili işlər nazirliyi adı açıqlanmayan şəxsin Azərbaycanın Daşkəsən rayonundan olduğunu bildirib.

Ötən il paytaxt Moskvada adam öldürdüyü güman olunan Rafo Gəncinski Federasiya polisi tərəfindən axtarışa verilmişdi. Saxlanılanlar haqqında adam öldürmə və odlu silah gəzdirmə maddələri ilə cinayət işi açılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti