Universitetlərə boş yerlər iki həftə sonra elan ediləcək - (VİDEO)

Universitetlərə boş yerlər iki həftə sonra elan ediləcək - (VİDEO)
  01 Avqust 2017    Oxunub:3186
Avqustun 15-dən ali məktəblərin boş qalan yerləri elan olunacaq və həmin yerlərə sənəd qəbulu aparılacaq.
AzVision.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, boş qalan plan yerlərinə sənəd qəbulunun avqustun 15-dən 19-dək aparılması, nəticələrin avqustun 20-də elan edilməsi nəzərdə tutulur:

“Həmin yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı avqustun 22-dən 31-dək ali məktəblərə aparılacaq. I mərhələdə abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı isə avqustun 15-dən 25-dək həyata keçiriləcək”.



Əsas müsabiqə vəziyyətinin dövlət sifarişli ixtisaslar üzrə yarandığını deyən M.Abbaszadə qeyd edib ki, digər ixtisaslara nisbətən dövlət sifarişli ixtisaslar üzrə ballara olan tələblər daha sərtdir. M.Abbaszadə əlavə edib ki, I qrup üzrə 13805 yer olsa da, 200 baldan yuxarı nəticə göstərənlərin sayı 12086 nəfərdir. Bu, o deməkdir ki, həmin abituriyentlər öz ixtisaslarını düzgün seçsələr, onların hamısı ödənişli təhsil forması üzrə ali məktəblərə qəbul oluna bilərlər.

Aytən Zəhra
AzVision.az



Teqlər: DİM   imtahan  





Xəbər lenti