Əsəd: “ABŞ-ın kimyəvi silahla bağlı sübutu yoxdur”

Əsəd: “ABŞ-ın kimyəvi silahla bağlı sübutu yoxdur”
  09 Sentyabr 2013    Oxunub:948
Əsəd ABŞ telekanalına müsahibəsində Amerikanın kimyəvi silah barədə sübutunun olmadığını dilə gətirib.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd ABŞ-ın PBS kanalına müsahibəsində bildirib ki, onun hökumətinin əhaliyə qarşı kimyəvi silah tətbiq etməsi barədə ABŞ-ın heç bir dəlili yoxdur.

Qeyd edək ki, veriliş bu gün efirə gedəcək. Qərb hücum etdiyi təqdirdə, Əsəd müttəfiqlərinə cavab tədbiri görməyi təklif edib.

ABŞ-ın dövlət katibi Con Kerri isə Avropa Birliyi və ərəb ölkələrinin xarici işlər nazirləri ilə danışıqları zamanı onları Əsədə qarşı sərt hərbi hərəkata keçməyə çağırıb. ABŞ konqresi isə Suriyaya hərbi müdaxiləni rəsmiləşdirmək üçün bu gün qərarını bildirəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti