NATO gəmiləri Gürcüstana gəldi

NATO gəmiləri Gürcüstana gəldi
  05 Sentyabr 2013    Oxunub:1067
NATO-un üç gəmisi “Liman səfəri” proqramı çərçivəsində Gürcüstanın Batumi limanına gəlib.
AzVision.az İnterfaks-a istinadən xəbər verir ki, gəmilərdən biri türk freqatı, ikisi alman mina təmizləyən gəmisidir.

Sahil Mühafizə departamenti və xüsusi təyinatlı qüvvələrin nümayəndələri bildirib ki, səfər çərçivəsində alman və türk dənizçiləri gürcü həmkarları ilə birgə təlim keçəcəklər.

Qeyd edək ki, bu, NATO ölkələrinə məxsus hərbi gəmilərin “Liman səfəri” proqramı çərçivəsində Gürcüstana ilk səfəridir. Proqram ittifaqın tərəfdaş ölkələrinin gücləndirilməsi və dəstəyi üçün nəzərdə tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti