G20 sammiti başladı

G20 sammiti başladı
  05 Sentyabr 2013    Oxunub:1099
Toplantı çərçivəsində iqtisadi məsələlər və Suriyadakı vəziyyət müzakirə ediləcək
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində G20 sammiti işinə başlayır. AzVision.az-ın Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, sammitdə iqtisadi məsələlərlə yanaşı, Suriyadakı mövcud vəziyyətdə müzakirə ediləcək.

Toplantı iki gün davam edəcək. Sammitdə işsizliklə mübarizə üsulları və dünyada iqtisadi inkişafı sürətləndirmənin yolları da müzakirə mövzusu olacaq.

Xatırladaq ki, Böyük iyirmiliyə Avstraliya, Argentina, Braziliya, Böyük Britaniya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Meksika, Rusiya, Səudiyyə ərəbistanı, ABŞ, Türkiyə, Fransa, CAR ,Koreya respublikası, Yaponiya, eləcədə Avropa Birliyi daxildir.


Teqlər:  





Xəbər lenti