Suriya qaçqınlarının sayı 7 milyona çatıb

Suriya qaçqınlarının sayı 7 milyona çatıb
  03 Sentyabr 2013    Oxunub:1298
Hazırda Suriya qaçqınlarının sayı iki milyon nəfərdir.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, BMT-nin hesabatına görə, son altı ay ərzində Suriyadan qaçanların sayı milyonu keçib. Ən çox - təxminən 700 min suriyalı Livanda məskunlaşıb. Qaçqınların çoxu qonşu ölkələrdə yerləşdirilib. Suriyada davam edən vətəndaş müharibəsi nəticəsində 2011-ci ildən bəri Suriya qaçqınlarının sayı 7 milyonu keçib. Bu barədə məlumatı BMT-nin Qaçqınlar üzrə Suriya bürosu ali komissarı Tarik Kundi açıqlayıb. Onun sözlərinə görə, 5 milyon suriyalı ölkə daxilində yaşayış yerini tərk edib, 2 milyondan çox qaçqın isə ölkə xaricinə gedib. O həmçinin qeyd edib ki, BMT qaçqınlara tələb olunan vəsaitin 3/1 belə ayırmayıb.

Fransa və ABŞ isə Suriyada tətbiq olunan kimyəvi silaha görə ölkəyə hərbi müdaxilə etmək niyyətindədir. ABŞ prezidenti Barak Obamanın ölkəyə planlaşdırdığı müdaxilə Konqres tərəfindən müzakirə olunmalıdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti