İvanişvili: `Çeladakı minarə söküləcək`

İvanişvili: `Çeladakı minarə söküləcək`
  02 Sentyabr 2013    Oxunub:1340
“Minarə qanunsuz tikilib və dövlət buna göz yummayacaq!”
Minarənin `Çela kəndindəki minarənin sökülməsinin ölkədə dini tolerantlıqla heç bi əlaqəsi yoxdur`. Gürcüstanın baş naziri Bidzina İvanişvili sentyabrın 2-də Gürcüstanın xarici ölkələrə təyin olunmuş səfirləri ilə görüşdə belə deyib.

İvanişvili çıxışında, "Dini hisslərə hörmət nəinki bizim milli ənənəmizdir, eyni zamanda Gürcüstan Konstitusiyasının fundamental dəyərlərindən biridir. Məhz bu mənə Çela kəndindəki insidentin dini tolerantlıqla heç bir əlaqəsi yoxdur deməyə əsas verir. Minarənin tikintisi qanunsuzdur və dövlət belə bir özbaşınalığa göz yuma bilməz!" - deyərək fikrini bildirib.

Bununla yanaşı baş nazir Çela kəndində minarənin sökülməsinin əleyhinə olan aksiyaçılara qarşı polisin güc tətbiq etdiyi qeydə alınarsa, hökumət müvafiq tədbirlər görəcək. Xatırladaq ki, avqustun 26-da yerli məscidin minarəsinin sökülməsinə etiraz aksiyaları zamanı polis bir neçə nəfəri həbs edib.

Gürcüstanın Gəlir Xidməti iddia edir ki, vergi departamenti sənədlərin yoxlanılması zamanı minarənin konstruksiyasını İstanbuldan gətirən Cambul Əbülzadənin sənədlərində və vergi deklarasiyasında bəzi şübhəli məqamlar aşkar edib.

Məlumat üçün qeyd edək ki, avqustun 30-da Adıgeni rayonunun Çela kəndində inşa olunan minarə möhürlənib və polis tərəfindən mühafizə edilir.

Həmin gün Batumidə yerli müsəlman icmasının nümayəndələri hakimiyyətə müraciət edib. Onlar yeni məscidin tikilməsi üçün torpaq sahəsinin ayrılmasını istəyib. Onların sözlərinə görə, hazırda fəaliyyət göstərən məsciddə ibadət zamanı sıxlıq yaranır. Minarənin sökülməsi isə milli azlıqlara hörmətsizlik kimi dəyərləndirilir.

Səbinə
AzVision.az



Teqlər:  





Xəbər lenti