Misirdə mitinqlər davam edir

Misirdə mitinqlər davam edir
  31 Avqust 2013    Oxunub:1199
Misirdə hərbi çevriliş nəticəsində devrilən qanuni prezident Məhəmməd Mürsi tərəfdarları cümə namazından sonra yenidən küçələrə çıxıb.
Ölkənin müxtəlif yerlərində eyni zamanda təşkil edilən aksiyalara on minlərlə insan qatılıb. Ən izdihamlı etirazlar isə paytaxt Qahirədə təşkil edilib. Əllərində müvəqqəti hökumətin Rəbiətül Ədəviyyə meydanında aksiyaçıları amansızlıqla dağıtdıqdan sonra çevrilişin simvoluna çevrilən Rəbiə işarəsi tutan mitinqçilər ölkədə yenidən demokratiyanın bərpasını və Mürsinin azadlığa buraxılmasını tələb ediblər.

Aksiyaçılar hesab edir ki, bəzi Qərb ölkələrinin əlaltısı olan müvəqqəti hökumət sözdə demokratiyadan danışsa da, əslində Mübarək rejimindən sonra bərqərar olan demokratik dəyərləri dəfn edib. Aksiyalar ümumilikdə insidentsiz başa çatsa da, Port Səid və Şərqiyyədə polislə anlaşılmazlıq yaşanıb və iki nəfər xəsarət alıb.


Teqlər:





Xəbər lenti