Papa müsəlman qadının əlini öpdü

Papa müsəlman qadının əlini öpdü
  31 Avqust 2013    Oxunub:1263
Roma papası Fransisk xristian dini qaydalarını tapdalayaraq müsəlman qadının əlini öpüb.
AzVision.az xəbər verir ki, papanın İordaniya kraliçası Rania qarşısında əyilib onun əlini öpməsi katolik dünyasında qalmaqala səbəb olub: “Papa müsəlman bir qadın qarşısında əyilər?”

Papa Fransiskin kök salmış köhnə adətləri sevmədiyi bəllidir. Müsəlman qadın qarşısında əyilib onun əlini öpdüyü üçün isə xristian dünyasında tənqidə tuş gəlib.

“Papa yer üzündə İsanın nümayəndəsi olduğu üçün heç kimin qarşısında əyilməməlidir. Müsəlman qadın qarşısında isə əsla!” - katolik saytlardan biri bildirib.

Başqa bir qəzet isə vaxtilə bir qadını sevən və tanqo rəqsinin aludəsi olan papanın gözəlliyə laqeyd qalmadığını yazıb.

AzVision.az


Teqlər:





Xəbər lenti