Prezident keçmiş sevgilisini edam etdirdi - FOTO, VİDEO

Prezident keçmiş sevgilisini edam etdirdi - FOTO, VİDEO
  30 Avqust 2013    Oxunub:3833
Şimali Koreya prezidenti Kim Çen Inin keçmiş sevgilisi pornoda çəkildiyinə görə güllələnib.
AzVision.az Daily Mail-ə istinadən xəbər verir ki, Şimali Koreya hökuməti pornoqrafiyada ittiham olunan 11 nəfəri edam edib. Öldürülənlərin arasında prezidentin keçmiş sevgilisi, müğənni Hen Sonq Vol da olub.



Onlar pornoqrafik videoda çəkilməkdə və onu yaymaqda ittiham olunaraq avqustun 20-də edam olunub. Bundan başqa, ittiham olunanların bəzisində Şimali Koreyada qadağan olunan Bibliya tapılıb.



Videonun yayılması belə bir fərziyyənin yaranmasına əsas gətirib ki, guya baş verən hadisədə prezidentin qısqanc xanımının əli vardır. Çünki prezidentin xanımı da əvvəllər öldürülən müğənninin aid olduğu qrupun üzvü olub. Ehtimala görə, Kim Çen In hələ də onunla görüşürmüş.



Ekspertlər isə güman edir ki, ola bilsin baş verən hadisə siyasi xarakterə malik olub.











AzVision.az


Teqlər:  





Xəbər lenti