Litva səfirinin taleyi həll olundu

Litva səfirinin taleyi həll olundu
  29 Avqust 2013    Oxunub:1371
Litva prezidenti Dalya Qribauskayte Litvanın Macarıstandakı və Azərbaycandakı səfirləri Renatas Yuşka və Arturas Jurauskası vəzifələrdən geri çağırılması ilə bağlı sərəncam imzalayıb.
AzVision.az delfi.lt-ə istinadən xəbər verir ki, bu barədə məlumatı bu gün səhər saatlarında prezidentin mətbuat xidməti yayıb.

Qribauskaytenin ölkə Konstitusiyasına və hökumətin qəbul etdiyi qərararına əsasən, həmin səfirlər sentyabrın 30-dan diplomatik missiyalarını başa vuracaqlar.

Qeyd edək ki, iyulun 8-də “YouTube” video şəbəkəsinə litvalı diplomatların telefon yazısı yüklənib. Söhbətin “Şərq Tərəfdaşlığı” proqramının siyasət departamentinin direktor müavini Zenonas Kumetaytis və Litvanın Macarıstandakı diplomatik nümayəndəliyində çalışan diplomat Renatas Yuşka arasında getdiyini güman edilir. Söhbət zamanı onlar Azərbaycan-Ermənistan münasibətləri, Dağlıq Qarabağ münaqişəsi barədə öz fikirlərini qeyri-formal şəkildə bölüşüb, Litva parlamentində “Dağlıq Qarabağla dostluq qrupu”nun yaradılması ilə bağlı azərbaycanlıların və ermənilərin fəallaşmasını qeyd ediblər. R. Yuşka telefon söhbətində Dağlıq Qarabağın “Artsax” adlandırılmasını düzgün saydığını və bu məsələdə ermənilərin mövqeyini müdafiə etdiyini deyib.


Teqlər:  





Xəbər lenti