Türkiyə Suriyaya hücuma hazırdır

Türkiyə Suriyaya hücuma hazırdır
  29 Avqust 2013    Oxunub:1246
Türkiyə qırıcıları döyüş hazırlığı vəziyyətinə gətirilib
Türkiyə mətbuatının verdiyi məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcı təyyarələri Suriyaya mümkün hərbi müdaxilə fonunda tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Bu barədə Türkiyənin “Sabah” qəzeti yazıb.

Nəşrin məlumatına görə, 20-yə yaxın F-16 tipli qırıcı təyyarə ölkənin müxtəlif bazalarından Suriya-Türkiyə sərhədi yaxınlığında yerləşən Diyarbəkirdəki HHQ bazasına uçublar. Bundan əlavə, qırıcılar müharibə ehtimalını nəzərə alaraq hər gün sərhəd boyu təlim keçirlər.


Teqlər:  





Xəbər lenti