İlahiyyatçı:`Kişilər də bürünməlidir`

İlahiyyatçı:`Kişilər də bürünməlidir`
  28 Avqust 2013    Oxunub:1171
Türkiyədə professor Kırbaşoğlunun “dinə görə, kişilər də bürünməlidir” açıqlaması ölkə mətbuatında əks-səda doğurub.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, professor Karslının `Qadının bədəni bəzəkdir. O bəzək dəyərlidir və qorunmalıdır`açıqlaması da ölkə ilahiyyatçılarını dilə gətirib.

Prof. Dr. Kırbaşoğlu bu fikirləri müdafiə edərək vurğulayıb ki, bəzək müsbət mənada işlənmiş bir ifadədir. Bəzək sözü, qadının fiqurası mənasında işlənib və bu mənada qadın öz `bəzəyini` qorumalıdır, gizlətməlidir.

Bütün dinlərdə məhrəm bölgələrin örtülməsinin vacibliyini vurğulayan Prof. Dr. Kırbaşoğlu bunları qeyd edib:
"Məsələn, hicab ilk dəfə islamda ortaya çıxmayıb. `İncil`də də qadının başı örtülsün və ya təraş edilsin ifadələri yer alıb. Hətta bu səbəbdən rahibələr saçlarını çox möhkəm şəkildə gizləməlidir. Kişiləri isə `başı açıq` məclisə girməzlər`.

İlahiyyatçı Prof. Dr. SaimYepremde isə məsələyə bu cür aydınlıq gətirib:
`Bəzək anlayışı klassik mənada, qadının toxunulmazlığı mənasında ifadə olunub. İslamda qadına böyük sayğı var və qadına çox dəyər verilib. Qadının bürünməsi də bu mənada işlənib, qadının toxulmazlığı mənasında`.

AzVision.az



Teqlər:  





Xəbər lenti