Gürcüstan Rusiyaya nota verdi

Gürcüstan Rusiyaya nota verdi
  26 Avqust 2013    Oxunub:1161
Qonşu ölkə Vladimir Putinin Gürcüstanın dövlət sərhədlərini pozaraq Abxaziyaya səfər etməsinə etiraz edir
Gürcüstan mətbuatında yayılan xəbərlərə görə, nota Rusiya prezidenti Vladimir Putinin Gürcüstanın dövlət sərhədlərini pozaraq Abxaziyaya səfər etməsinə etiraz xarakteri daşıyır.

Gürcüstanın xarici işlər naziri Maya Pancikidze bunu növbəti təxribat adlandıraraq bildirib ki, `bu Gürcüstanın ərazi bütövlüyünün və suverenliyimizin pozulması kimi qiymətləndirilməlidir`.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin tanınmamış Abxaziya Respublikasına avqustun 26-da səfər edib və separatçı rejimin lideri Aleksandr Ankvabla görüşüb. Rusiyanın Gürcüstanın işğal edilmiş ərazilərinin müstəqilliyinin tanınmasının 5 illiyinə həsr olunmuş görüş Pitsunda şəhərində keçirilib.


Teqlər:





Xəbər lenti