İslam dünyasındakı “şeytan işləri”

İslam dünyasındakı “şeytan işləri”
  25 Avqust 2013    Oxunub:1708
Sahib Alıyev

Hazırda İslam dünyasında maraqlı proseslərin getdiyini müşahidə edirik. Türkiyənin Suriya ilə olduğu kimi, Misirlə də münasibətləri getdikcə korlanır. O da hiss olunur ki, birinci halda Qərbdəki çevrələr və region ölkələrinin çoxu Ankaranın mövqeyinə ən azından loyal yanaşsalar da, Misir-Türkiyə ziddiyətlərinin dərinləşməsi Ərdoğan hökumətinin təklənməsi ilə nəticələ bilər.
İçi Misir qarışıq bir sıra ərəb ölkələrilə yanaşı Amerikanın təmsilçisinin də Türkiyə baş nazirini kəskin tənqid etmələri məhz bundan xəbər verir. Bu, bizə dost olan ölkəyə lazımdırmı? Əgər Türkiyə Msirdəki proseslərin öz istədiyi yöndə getməsini müəyyənləşdirəcək gücdə deyilsə, onada hazırda orada hakimiyyətdə olan qüvvələrlə bütün körpüləri yandırmanın nə anlamı var? Və bu, bir dövlət olaraq Türkiyənin maraqlarına nə dərəcədə cavab verir?

Görün, iş nə yerə çatıb ki, Türkiyədə hakimiyyətdə olan islamçıların “hoca” adlandırdıqları Fətullah Gülən də rəsmi Ankaranın yeritdiyi xarici siyasəti nisbətən yumşaq bir dillə tənqid edir. Özü də Amerikanın “The Atlantik” jurnalına verdiyi intervüdə. Baxın, Gülən nə deyir: “Türkiyənin bölgədə daha aktiv rol alması üçün bəzi manevrlərdən yararlanması lazımdır. Tarixi bağları və görünüşü baxımından Türkiyənin müsbət bir imici var. Türkiyə bunları qorumaq üçün diqqətli olmalıdır. Yaxşı əlaqələr, təsir və sevgi hədəflərə çatmaqda birləşdirici ola bilər. Türkiyə indi bunu edirmi? Bu, müzakirə olunmalı mövzudur. Türkiyənin bölgədə diplomatik əlaqələri inkişaf etdirməsi Avropanın, ABŞ-ın, dünyanın faydasındadır. Amma mən hazırda Türkiyənin buna yönəlik lazımı işləri gördüyünü düşünmürəm”.

Bu, Fətullah Gülənin fikirləridir. Amma bu həftə Türkiyə baş nazirinin dedikləri və efirdə misirli qız üçün axıtdığı göz yaşları göstərdi ki, onun da öz məntiqi var. Cənab Ərdoğan axıtdığı göz yaşaları və söyləydiyi fikirlərin Türkiyə baş nazirinin yox, sadəcə vətəndaş Rəcəb Tayibin olduğunu dedi. Amma məsələ burasındadır ki, Yaxın Şərqdəki proseslərə yanaşmada vətəndaş Rəcəb Tayibin baş nazir Ərdoğan üzərində dominantlığı görünür ki, bu da Türkiyəyə yumşaq desək, yaxşı nəsə vəd etmir.

Hazırda müsəlman dünyasında iki qarşıdurma müstəvisi mövcuddur ki, bu və ya digər şəkildə Türkiyə də həmin qarşıdurmalarda yer almağa çalışır. Bunlardan biri elitalararası savaşıdır, digəri isə məzhəblərarası. Və faktlar göstərir ki, hər iki müstəvidə aparılan savaş nə onu aparanlar, nə də təbii ki, bütövlükdə cəmiyyətə heç bir xeyir gətirmir və gətirəməyəcək də.

Misirdə qarşıduranlar kimlərdir? Hərbi və islamçı elita (əgər onaları “elita” adlandırmaq mümkündürsə). Hər ikisi bir-birini zəiflədir və gözdən salırlar. Nəticədə get-gedə həm özləri margianllaşır, həm də bütövlükdə millət elitasazılaşır. Yəni başsız qalır. Belələrini isə idarə etmək çox asandır. Görünür, “idarə olunan xaos” da elə budur.

Yəqin diqqət yetirdiniz, bu həftə Livannı paytaxtı Tripolidə iki sünni məscidinin önündə 47 adamın ölümü, 500 -dən çoxunun isə yaralanması ilə nəticələnən partlayış oldu. Ötən həftə isə şiələrin məscidinin yaxınlığında partalyış baş vermişdi və o zaman da ölənlərin sayı 30-a yaxın idi. Maraqlıdır ki, bu partlayışı törədənlər adlarını “dindar” qoyanlardır. Və adlarını “dindar” qoyanlar məscidlərdə, özü də cümə günü partlayış törədərək guya bunu Allah yolunda etdiklərini deyirlər. Din qardaşaları sadəcə məzhəb fərqinə görə bir-birini qətlə yetirir. Bu zaman da «Allahu Əkbər» deyir və cənnətə düşəcəklərini fikirləşirlər. Cənnətə düşüb-düşməyəcəkləri qalsın bir yana, belələrinin əkbərinin, yəni böyüyünün Allah yox, Şeytan olduğu göz qabağındadır. O da göz qabağındadır ki, onların başında duran məhz müsəlman düşmənlərinin tapşırığını yerinə yetirir və yaxud da onların dəyirmanına su tökürlər.

Fikir verin, hazırda Suriyada məhz məzhəb müstəvisində savaş gedir. Və savaşan hər iki tərəf digərini İsrailə işləməkdə suçlandırır. Bilirsiniz, paradoksal səslənəcək, amma hər ikisi də haqlıdırlar. Çünki ortada qırılan suriyalılar, dağılan onların ölkəsidir. Suriyaılar İsraili özlərinə düşmən sayırlar, amma bir-birini qırmaqla məhz İsrailin maraqların xidmət etdiklərini ya analmır, ya da anlamaq istəmirlər.


Teqlər:  





Xəbər lenti