ABŞ gün eynəyinə qadağa qoydu

ABŞ gün eynəyinə qadağa qoydu
  24 Avqust 2013    Oxunub:1175
Gün eynəyini çıxarmadan banka girənlərə oğru kimi davranılacaq
Amerikada son illər banklarda soyğunçuluq hadisələrinin geniş vüsət alması, bu ölkədə fəaliyyət göstərən bankların təhlükəsizliyini təhlükə altına alıb. Vaşinqtonda yerləşən banklarda, qapılara asılan lövhələrdə `Gün eynəyini çıxarmadan banka girənlərə oğru kimi davranacağıq` qeyd olunub.

Gün eynəyi taxanların şəxsiyyətlərini gizlətməsi ilə əlaqələndirən səlahiyyətlilər, bu səbəbdən gün eynəyi ilə banka girənlərin şübhəli davranışlarının ortaya çıxa biləcəyindən ehtiyatlanır.

Həmçinin, bildirilir ki, bank işçiləri gün eynəyi ilə içəri girən müştərilərdən narahat olur və hər an bir soyğun hadisəsi ilə qarşı-qarşıya qalmaq qorxusu onların işinə mane törədir.
Səlahiyyətlilər bu cür qərarın qəbul olunması məqsədəuyğun hesab edir.

Qeyd edək ki, artıq ABŞ-ın əksər yerlərində fəaliyət göstərən banklar bu qərarı dəstəkləyir və həyata keçirir. ABŞ vətəndaşları artıq banka girmədən öncə qapıda gün eynəklərini çıxarmaq məcburiyyətində qalır.

Mirvari



Teqlər:  





Xəbər lenti