Rusiya Suriyaya çağırış edib

Rusiya Suriyaya çağırış edib
  24 Avqust 2013    Oxunub:1249
Rusiya Xarici İşlər Nazirliyi Suriya hökumtinə çağırış edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Suriya lideri Bəşər Əsədi BMT-nin Suriyada müxalifət qüvvələri və mülki vətəndaşlara qarşı istifadə olunduğu deyilən kimyəvi silahlarla əlaqədar yoxlama aparmağına izn verməyə çağırıb.

S.Lavrov üsyançıları hələ də Suriyada olan BMT nəzarətçilərinin hadisə baş verən yerlərə getməyinə icazə verməyə çağırıb.
Qeyd edək ki, çərşənbə günü paytaxt Dəməşq yaxınlığında kimyəvi silahdan istifadə olunduğu və bunun nəticəsində çoxlu sayda qadın və uşağın öldüyü bildirilir.

Rusiya tərəfi isə bildirmişdi ki, bu iddialar müxalifət qüvvələri tərəfindən provokasiya məqsədilə yayılması ehtimalı da var.

Fatimə


Teqlər:





Xəbər lenti