“WikiLeaks” informatoru Obamaya məktub yazdı

“WikiLeaks” informatoru Obamaya məktub yazdı
  23 Avqust 2013    Oxunub:1424
“WikiLeaks” informatoru Bredli Menninq bağışlanması üçün ABŞ prezidenti Barak Obamaya məktub yazıb.
AzVision.az xəbər verir ki, B.Menninq 35 il həbs cəzasına məhkum edilib. Obamanın adına ünvanlanan məktub artıq avqustun 22-də Ağ Evə göndərilib.

Menninq məktubunda orduya yollandığını və İraq müharibəsinə yola düşdüyünü qeyd edib. O bildirib ki, 2001-ci il sentyabrın 11-də baş verən terror aktlarından sonra Amerika cəmiyyəti öz dəyərləri və həyat tərzinin müdafiəsi üçün mübarizə metodlarını dəyişdirməlidir. Müharibədə baş verən hadisələrin şahidi olduğunu vurğulayan Menninq, döyüşlərdə amerikalıların insanlığı unutduğunu yazıb. Onun sözlərinə görə, İraqda və Əfqanıstanda dinc sakinlər öldürülüb. Bu məlumatlar isə ordu tərəfindən məxfi saxlanılıb.

Menninq qanunu pozduğunu anladığını söyləyib, ancaq bunun ölkəsinə sevgidən irəli gəldiyini vurğulayıb.

Məktubun sonunda Menninq Obamanın onu azad edəcəyinə ümid etdiyini bildirib. O söyləyib ki, prezident heç olmasa ona kəsilən hökmü yumşaldacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti