Ermənilər ABŞ-da qarətlə məşğuldur

Ermənilər ABŞ-da qarətlə məşğuldur
  21 Avqust 2013    Oxunub:1256
Los-Ancelesdə ermənilərdən ibarət cinayətkar qruplaşma yük maşınlarını qarət edir.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Los-Anceles polisi bildirib ki, ermənilərin törətdiyi qarət nə içki, nə siqaret, nə də elektronika avadanlıqları deyil. Onlar soyğunçuluğu qida məhsulları üçün edirlər.

Los-Anceles polis departamenti qeyd edib ki, ermənilər qarət zamanı silah və zor tətbiq etmirlər. Onlar böyük yük maşınlarında meydana çıxır və yükü götürmək üçün saxta sənədlərini təqdim edirlər. Sonra isə bütün yükü özləri ilə daşıyırlar.

Qeyd edək ki, ermənilərin malları gizlətdikləri anbar Şimali Hollivudda aşkar edilib. Oğurlanan mallar arasında qida məhsulları olub. Polislərin sözlərinə görə malların əksəriyyəti oğurlanmış hesab edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti