İran ABŞ-dan təzminat tələb edir

İran ABŞ-dan təzminat tələb edir
  20 Avqust 2013    Oxunub:1289
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İranda 1953-cü ildə baş nazir seçilən Məhəmməd Musadiqin devrilməsində iştirak etdiyini təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu barədə məlumat mətbuatda ilk dəfə səsləndirilib. MKİ-nin sənədində qeyd olunur ki, M.Musadiq və onun rəhbərlik etdiyi Xalq Cəbhəsi partiyası üzvlərdən ibarət nazirlər kabinetin devrilməsi ABŞ-ın xarici siyasət maraqlarına uyğun olaraq MKİ tərəfindən həyata keçirilib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Saib Abbas Əraqçı isə keçirdiyi brifinqdə vurğulayıb ki, iranlılar 1953-cü ildə ABŞ və Böyük Britaniyanın dəstəyi ilə həyata keçirilən çevrilişi heç vaxt unutmayacaqlar. O, iddia edir ki, ABŞ belə bir addım atmaqla İrana külli miqdarda ziyan vurub və buna görə də İrana təzminat ödəməlidir.

AzVision.az


Teqlər:





Xəbər lenti