ABŞ-Rusiya rəsmiləri Haaqada görüşəcək

ABŞ-Rusiya rəsmiləri Haaqada görüşəcək
  20 Avqust 2013    Oxunub:1028
ABŞ-ın dövlət departamenti və ABŞ səfiri Rusiyanın nümayəndə heyəti ilə növbəti həftə Haaqada görüşəcək.
AzVision.az The Jerusalem Post-a istinadən xəbər verir ki, ABŞ və Rusiya nümayəndələrinin görüşünün məqsədi Suriya məsələsinin müzakirə olunmasıdır.

ABŞ dövlət departamentinin sözçüsünün sözlərinə görə, konfransda nümayəndələr Suriyada iki il davam edən vətəndaş müharibəsinə sülh yolu ilə son qoymaq barədə danışıqlar aparacaq. Qeyd edək ki, konfransın dəqiq tarixi açıqlanmayıb.

Rusiya nümayəndə heyətinin tərkibində xarici işlər nazirinin müavini Gennadi Qatilov və Mixail Boqdanov olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti