ABŞ-da məxfi baza aşkar olundu

ABŞ-da məxfi baza aşkar olundu
  17 Avqust 2013    Oxunub:1363
ABŞ hökuməti Nevada ştatında “Zona 51” adlandırılan sınaq poliqonunun mövcudluğunu etiraf edib.
AzVision.az xəbər verir ki, əvvəllər bu barədə iddialar var idi. Hazırda isə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sənədləri “Zona 51”in mövcudluğunu təsdiq edib. Lakin məxfi sənəd orada gəlmələr üzərində sınaqların keçirilməsinə və ya yerə aid olmayan texnologiyaların tədqiqatının aparılmasına əsas vermir.

Həmin bazanın Las-Veqasdan 200 kilometr şimal-qərbdə yerləşdiyi bildirilib. Poliqon “U-2” və “A-12” aviasiya komplekslərinin sınağı üçün istifadə olunub.

Qeyd edək ki, məxfi obyekt haqqında məlumatın yayılması 2005-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilmiş informasiya azadlığı haqqında qanun əsasında mümkün olub.

AzVision.az


Teqlər:





Xəbər lenti