İraq ABŞ-dan pilotsuz təyyarə istədi

İraq ABŞ-dan pilotsuz təyyarə istədi
  17 Avqust 2013    Oxunub:1484
Zorakılığın artmasından və “Əl-Qaidə” terror qrupunun hücumundan ehtiyatlanan İraq ABŞ-dan yardım istəyib.
AzVision.az The Washington Post-a istinadən xəbər verir ki, İraqda son dövrlər baş verən zorakılıq halları ABŞ-n buraya olan marağını artırıb.

İki il əvvəl ABŞ-dan qoşunlarını geri çəkməsini tələb edən Bağdad indi yenidən kömək istəyir. Son vaxtlar İraqda vəziyyət gərginləşib və bunun ölkədə vətəndaş müharibəsinə gətirib çıxaracağı güman edilir. 2008-ci ildən sonra mindən çox iraqlı həyatını itirib. Vəziyyəti nəzərə alaraq, İraqın xarici işlər naziri Huşyar Zibari ABŞ-dan yeni yardım istəyib. Onun sözlərinə görə, ABŞ-ın dəstəyi ilə ölkədəki gərgin vəziyyətin öhdəsindən gəlmək mümkün olacaq. Zibari bildirib ki, ABŞ-ın yardım paketinə məhdud sayda məsləhətçi, kəşfiyyatçı və öldürücü pilotsuz təyyarələr daxildir.

AzVision.az


Teqlər:  





Xəbər lenti