Mişel Obama: “Amerika qadın prezidentə hazırdır”

Mişel Obama: “Amerika qadın prezidentə hazırdır”
  17 Avqust 2013    Oxunub:989
ABŞ-ın birinci xanımı Mişel Obama ölkəsinin qadın prezidentə hazır olduğunu bildirib.
AzVision.az The Telegraph-a istinadən xəbər verir ki, M.Obama prezidentliyə namizədliyini irəli sürmək fikrində olmadığını söyləyib. O həmçinin Hillari Klintonun prezident olmaq iddiasını müzakirə etməyib.

Bu barədə xanım Obama “Parade” jurnalına müsahibəsində bildirib. Müsahibə zamanı saçlarından və növbəti il 50 yaşının tamam olması ilə bağlı danışıb.

Jurnalın “ölkənin qadın prezidenti olmaq istərdinizmi” sualına Obama belə cavab verib: “Bəli, mən ölkəmin qadın prezidentə hazır olduğunu düşünürəm. Lakin əsas məsələ kimin ən yaxşı namizəd olmasıdır”.

Qeyd edək ki, ABŞ-ın birinci xanımı özü prezidentliyə namizədliyini irəli sürməkdən tamamilə imtina edib.

AzVision.az


Teqlər:





Xəbər lenti