Misirdə mindən çox `müsəlman qardaş` həbs edildi

Misirdə mindən çox `müsəlman qardaş` həbs edildi
  17 Avqust 2013    Oxunub:995
Misirdə bir gün ərzində “Müsəlman Qardaşlar” hərəkatının mindən çox üzvü həbs edilib.
AzVision.az xəbər verir ki, bu barədə polislərin verdiyi bəyanatda bildirilib. Həbs olunan “Müsəlman Qardaşlar” hərəkatının üzvlərinin sayı 1004 nəfər olub. Qahirədə isə 558 adam saxlanılıb.

Xatırladaq ki, avqustun 16-da “Müsəlman Qardaşlar” Qahirədə və digər şəhərlərdə prezident Mursinin devrilməsinə qarşı “Qəzəb yürüşü” adlı etiraz aksiyası keçirib. Polislə toqquşma nəticəsində 80 nəfər ölüb. Həmin gün “Müsəlman Qardaşlar” Mursi tərəfdarlarını hər gün bu cür aksiyalar keçirməyə çağırıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti