Rəsmi Qahirə: `Türkiyə həddini aşıb`

Rəsmi Qahirə: `Türkiyə həddini aşıb`
  15 Avqust 2013    Oxunub:1190
Misir hökuməti Türkiyənin bu ölkədə baş verənlərlə bağlı reaksiyasına sərt cavab verib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Misir Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, hökumət qan tökülməyindən narahat olsa da polisdən ictimai asayişi qorumağı tələb etməkdən başqa yolu yoxdur.

Rəsmi Qahirə vurğualyıb ki, hökumət başqa ölkələrin dilə gətirdiyi narahatlığı və tənqidləri başa düşür. Buna baxmayaraq nazirlik açıqlamasında qeyd edib ki, rəsmi Ankara Misirin daxili işlərinə qarışmaq həddini aşıb.

Misir Xarici İşlər Nazirliyinin açıqlamasında Qətərin də bu ölkədə baş verənlərlə bağlı fikirlər tənqid olunub.

Qeyd edək ki, Türkiyə tərəfi Misirdə baş verənləri qətliam kimi qiymətləndirib və BMT Təhlükəsizlik Şurasını hadisələrə müdaxilə etməyə çağırıb.

Fatimə KƏRİMLİ


Teqlər:





Xəbər lenti