Rus hərbi gəmisi Bakıya niyə gəlir?- MÜSAHİBƏ

  13 Avqust 2013    Oxunub : 955
Rus hərbi gəmisi Bakıya niyə gəlir?- MÜSAHİBƏ
Bu gün Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfərə gəlir . Politoloq Rasim Musabəyov səfəri AzVision.az üçün şərh edib.

- İki ölkə arasındakı vəziyyət hazırda necədir və bu səfərdən sonra hansı dəyişikliklər gözləmək olar?

- Mən indiki vəziyyəti “münasibətlərə ara vermək” kimi ifadə edərdim. Bu mənada, Vladimir Putinin səfəri iki ölkə arasındakı münasibətlərin xarakterinin dəqiqləşdirilməsi və yenidən dəyərləndirilməsinə xidmət edir. Həmçinin münasbətlərin gələcək istiqamətlərinin müəyyənləşdirilməsi üçün götürülmüş tənəffüsün başa çatdığını və yüksək səviyyəli dialoqun yenidən bərpa olunduğunu nümayiş etdirir.

- Rusiya hansi sahədə əməkdaşlıqda maraqlı ola bilər?

- İlk növbədə enerji sahəsi, Xəzər dənizində həyata keçiriləcək neft və qaz lahiyələrində. Azərbaycan Rusiya üçün gəlirli hərbi sənaye, maşınqayırma və kənd təsərrüfatı bazarı ola bilər. Azərbaycan Moskva üçün radikal dini qruplarla və Şimalı Qafqazdakı proseslərlə mübarizədə, həmçinin İran məsələsində qarşıdurma kontekstində mühüm partnyor sayıla bilər. Bundan əlavə, təhsil, elm və mədəniyyət sayəsində coxtərəfli əməkdaşlıqlarımız da var. Fikrimcə, Moskva Cənubi Qafqazın əhalisinin üçdə ikisinin, iqtisadiyyatının dörddə üçünün və maliyyə resurslarının 90%-dən çoxunun məhz Azərbaycana aid olduğunu və bu şərtləri nəzərə almadan regionda hər hansı siyasətin uğurla həyata keçirilməsinin mümkün olmadığını yaxşı anlayır.

- Putinlə eyni vaxtda rus hərbi gəmisinin Bakı limanına gəlməsi nə məqsəd daşıyır?

- Müəyyən mənada bu, Rusiyanın Xəzərdəki hərbi qüdrətinin nümayişidir. Lakin nəzərə alsaq ki, Azərbaycanın Xəzərdəki mövqeləri Rusiya Federasiyası və Qazaxsatan respulikası ilə üst-üstə düşür (yeri gəlmişkən, Putinin Bakidakı görüşündə Nazarbayev də iştirak edəcək ) bu addımı Rusiyanın Azərbaycanı qorxutması kimi başa düşmək lazım deyil.

- Görüşlə bağlı proqnozlarınız necə olacaq?

- Hər halda, ümumilikdə görüş mehriban xarakter daşıyacaq və xeyirli olacaq.

Balifa Baxşıyeva
AzVision.az

Teqlər: